Naxçıvan Muxtar Respublikasında yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin etmək üçün ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən məhsulların orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəriciləri yoxlanılır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirliyin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 2020-ci ilin yanvar-mart ayları ərzində 169 halda hüquqi və 261 halda fiziki şəxslər tərəfindən daxil olmuş 55 mal çeşidini əhatə edən 150 halda səyyari və 430 halda mal nümunəsi laboratoriya analizindən keçirilib. Aparılmış laboratoriya təhlilləri, əsasən 349 yerli istehsal məhsullarını və 81 idxal məhsullarını əhatə edib. Nəticədə, 429 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 1 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.
Muxtar respublikada istehsal olunan məhsulların ixracı məqsədilə 2020-ci ilin 3 ayı ərzində 35 mənşə sertifikatının verilməsi təmin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasında qida sektorunda sayca 3-cü, muxtar respublikada ilk beynəlxalq akkreditasiyalı laboratoriya olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mərkəzi qida sınaq laboratoriyası regionda istehsal edilən və ya muxtar respublikaya idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin edir.