Naxçıvanda üç ayda 41 milyon 377 min ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub

A- A A+

2020-ci ilin yanvar-mart aylarında muxtar respublikada 251 milyon 769 min 600 manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1 faiz üstələyib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sənaye məhsulu istehsalının 94,9 faizi malların, 5,1 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,8 faiz təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

Sənayedə istehsalın həcminin artması nəticəsində 2020-ci ilin yanvar-mart aylarında 41 milyon 377 min 200 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: