İxtisasların hamiliyə verilməsi ilə bağlı ilk onlayn görüş baş tutub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələrlə onlayn görüş keçirilib.

Xidmətin mətbuat xidmətindən NUHÇIXAN informasiya Agentliyinə bildirilib ki, tədbirdə universitetin rektoru Elbrus İsayev  hamiliklə bağlı ilk onlayn görüşün keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə aparılan işlər və qarşıda duran vəzifələrdən danışıb.

Xidmətin əməkdaşları tərəfindən tələbələrə layihələrin idarə edilməsi mövzusunda onlayn təlim-məşğələ keçirilib, innovativ ideyalar əsasında uğurlu layihə hazırlanmasının əsas prinsipləri barədə ətraflı məlumat verilib. Layihənin planlaşdırılması, komandanın formalaşdırılması, büdcənin hesablanması slaydlar vasitəsilə diqqətə çatdırılıb.  

Sonra praktiki məşğələlər zamanı tələbələr tərəfindən Naxçıvan Dövlət Universitetinin ərazisində aparılmış geodeziya ölçmələri əsasında hazırlanmış yerquruluşu planları təqdim olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: