NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva tərəfindən karantin dövründə tədrisin təşkili, vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə iclas keçirilib.İclasda Tədris və tərbiyə işləri üzrə prorektor Hüseyn Bağırsoylu və fakültə dekanları iştirak edib.
İclas zamanı, karantin müddətində ali təhsil ocağında tədrisin təşkili, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi,onlayn konfransların keçirilməsi, postkarantin müddətində tədrisin təşkili və imtahan sessiyalarının keçirilməsi müzakirə olunub.
Daha sonra fakültə dekanlarının onlayn və videodərslərlə bağlı hesabatı dinlənilib.
Sonda rektor qaşıya qoyulan vəzifələri müəyyənləşdirib və müvafiq tapşırıqlarını verib.
Seyfur Hacımuradov