Arpaçay Dövlət Təbiət Yasaqlığında toxumla bərpa işləri davam edir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Arpaçay Dövlət Təbiət Yasaqlığının Dizə kəndi ətrafında Arı dərəsi adlanan 5 hektar ərazidə dağ yamaclarına təbii bərpaya köməklik məqsədilə toxum üsulu ilə əkin aparılıb. Əkin zamanı badamça, yemişan, iydə və həmərsin toxumlarına üstünlük verilib.
İlin istənilən fəslində bitki toxumlarını dağ yamaclarına və düzən sahələrə əkməyin mümkükünlüyü ilə secilən bu üsuldan muxtar respublikada ekoloqlar daha çox istifadə edirlər.
Qeyd edək ki, ekoloqlar tərəfindən kənd təsərrüfatı əkinləri üçün yararsız olan sahələrdə meyvə bağları salınır, eroziya və şoranlaşmaya məruz qalan torpaqlar müəyyənləşdirilir və əkin dövriyyəsinə qaytarılır. Bu da yaşıllıqların artırılmasında mühüm rol oynayır.
Sadiq Məmmədov