“Evdə qal, sən də yarat” rəsm müsabiqəsinin qalibləri məlum oldu - FOTOLAR
13 aprel 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Evdə qal, sən də yarat” rəsm müsabiqəsinin nəticələri elan olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müsabiqəyə ümumilikdə 133 nəfər uşaq, yeniyetmə və gəncin 225 rəsm əsəri təqdim edilib. Bunlardan 13-18 yaş kateqoriyası üzrə 77 nəfər 139 rəsm əsəri, 4-12 yaş kateqoriyası üzrə isə 56 nəfər 87 rəsm əsəri təqdim edilib.
Münsiflər Heyətinin yekun qərarına əsasən qaliblər və müsabiqədə fərqlənən şəxslər aşağıdakı kimi müəyyən edilib.
4-12 yaş kateqoriyası üzrə:
I yerin qalibi:
1. Bakı şəhər N.Nərimanov adına 248 saylı tam orta məktəbin şagirdi Nadirova Aysu Şahin qızı (10 yaş)
II yerin qalibləri:
1. Naxçıvan şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin şagirdi İbrahimova Aysu Səbuhi qızı (12 yaş)
2. Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdi Talıblı Arif Bəhruz oğlu (12 yaş)
III yerin qalibləri:
1. Naxçıvan şəhər sakini Şirzadova Aysu Yusif qızı (6 yaş)
2. Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdi Yusifli Damla Hafiz qızı (10 yaş)
13-18 yaş kateqoriyası üzrə:
I yerin qalibləri:
1. Şərur rayon Muğancıq Müslüm kənd sakini Babayeva Nisəbəyim Ələsgər qızı (17 yaş)
2. Sirab kənd tam orta məktəbinin şagirdi Bağırlı Turac Çərkəz qızı (16 yaş)
3. Şərur rayon Muğanlı kənd klubunun rəsm dərnəyinin üzvü Novruzova Gülçin Elçin qızı (14 yaş)
II yerin qalibləri:
1. Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdi Babayeva Şəhla İlham qızı (15 yaş)
2. Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin üzvü Cabbarlı Nazifə Həsən qızı (13 yaş)
3. Şərur şəhər B.Kəngərli adına Uşaq İncəsənət Məktəbinin şagirdi Okutan Murat Hüseyin oğlu (14 yaş)
III yerin qalibləri:
1. Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdi Zamanlı Şənay Toğrul qızı (13 yaş)
2. Tənənəm kənd tam orta məktəbinin şagirdi Babayev Özcan Fərmayıl oğlu (17 yaş)
3. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdi Əliyeva Sona Şahin qızı (15 yaş)
4. Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdi Əliyeva Ruqayyə Müşfiq qızı (14 yaş)
Müsabiqədə həmçinin əl işləri bəyənilən digər iştirakçılar Fəxri fərmanla təltif edilib.