Fundamental elmi araşdırmaların müəllifi Zərifə xanım Əliyeva

A- A A+

Zərifə xanım hər şeydən əvvəl görkəmli alim-oftalmoloqdur. Təkcə ofta­l­mo­­loqmu?! O, eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq idi. Onun elm­­də məqsədyönlü fəaliyyəti indi də insanı valeh edir. Axı onun elmi fəaliy­yə­tinin əsas is­tiqamətini görmə orqanının peşə patologiyası müəyyənəş­dirirdi. Bu problemin həllinə çoxları girişə bilmirdi. Çünki elmin bu sahəsi olduqca ağır­dır və onun araş­dırılması təkcə dərin oftalmoloji savad yox, həm də funda­men­­tal təcrübi bilgilər tələb edir. Üstəlik yüksək təşkilatçılıq bacarığının olması da vacibdir. Məhz bütün bu keyfiyyətlər Zərifə xanım Əliyevaya  xas idi.

Helmolts adına institutun İxtisaslaşmış Elmi Şurasında onun tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya müdafiəsi indi də məmnuniyyətlə xatırlanır.

Zərifə xanım peşə patologiyası sahəsində görkəmli oftalmoloq, geniş pro­fil­­­li mü­təxəssis həkim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. Azərbay­can Hə­­kim­­­ləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında oxuduğu mü­ha­zi­rələr bunu bir daha sübut edir.

İstər Oftalmoloqlar Cəmiyyətinin qurultaylarında, plenumlarında, Moskva Of­­talmoloqlar Cəmiyyətinin plenar iclaslarında etdiyi məruzələr, istərsə də pub­li­sis­tik çıxışlarında Zərifə Əziz qızı özünün natiqlik istedadını göstəribdir. Müx­­təlif səviyyəli auditoriyalarda belə onun deontologiya məsələlərinə həsr olun­­­muş məruzələri heyranlıqla dinlənirdi, istər-istəməz məruzəçinin fəl­­sə­fə­yə, səhiyyəyə aid ədəbiyyatı dərindən bildiyi hiss olunurdu.

Məlumdur ki, 40-50 yaş arası alim üçün daha məhsuldar fəal dövr hesab olu­nur. Z.Ə.Əliyeva peşə patologiyasına və digər problemlərə həsr olunan əsas təd­­­qi­qatları ilə bunu bir daha sübut etdi. Məhz həmin yaş dövrünün peşə diaq­nos­­­­ti­ka­sına dair monoqrafiyanı nəşr etdirir. Onun elmi tədqiqatları arasında göz da­mar­larının anormallığı, gözün hidrodinamik sistemi məsələləri də əsas yer tutur.

Elmi tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəal­lı­ğı­na, pedaqoji istedadına görə haqlı olaraq Zərifə Əziz qızı Əliyeva Azərbaycan Elm­lər Akademiyasının həqiqi üzvü kimi fəxri ada layiq görüldü.

Zərifə xanımın hərtərəfli isdedadı incəsənətdə də üzə çıxıb. O, forte­pi­a­no sinfi üzrə musiqi təhsili alıbdır. Musiqi təhsili alan musiqiçilərin əksəriy­yə­ti yal­nız not üzrə çalır, əgər belə demək mümkünsə, yalnız bəstəkarın bəstələ­di­yi mu­siqini ifa edir. Zərifə Əliyeva ifasında həm klassik, həm də populyar musiqini bö­­­­­yük zövqlə ifa edir, bü­töv­­­lük­də musiqinin mahiyyətini, məğzini dinləyiciyə çatdıra bilirdi. O, müəl­li­fin bəsdələdiyi akkord və melodiyaları “quru” şəkildə ifa etmir, musiqi əsərinin əsas məğ­zini şəxsi hisslərinin süzgəcindən keçirirdi.

Zərifə xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə və ətrafdakılara mü­na­­sibəti 1983-cü ildə nəşr etdirdiyi “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, sə­hiy­­yə etikası və əxlaq məsələləri” əsərində özünü daha parlaq biruzə verir. Bu möv­­zuya həsr olunan çıxışlarında Zərifə xanım bilik və təcrübəsini həkim həm­kər­­larına inam hissi ilə aşılayırdı. Qeyd etmək lazımdır ki, onun çap et­dirdiyi elmi əsər mahiyyət etibarilə daha geniş əhəmiyyət kəsb edir, təkcə sə­­­­hiy­yə aləmində deyil, məişət və ailə əlaqələri də daxil olmaqla, bütövlükdə in­san­la­rın qarşılıqlı münasibətlərinin öyrənilməsində mühüm rol oynayır.

Zərifə xanım haqlı olaraq hesab edirdi ki, həkimin həyati mövqeyi onun xəs­­­təyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl hə­kim­­dir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər də­fə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət et­­mək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıca isə öz vic­danı qarşı­sın­da əxlaqi məsuliyyət deməkdir”.

Zərifə Əziz qızı yuxarıda qeyd etdiyimiz kimi təkcə görkəmli alim, iste­dad­lı pedaqoq və tərbiyəçi, fəal icti­mai xadim deyildi, həm də kövrək qəlbli insan, qay­­ğıkeş və sevimli qadın, ana, nə­nə idi. Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi.

Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın əməkdar elm xadimi, Tibb Elmləri Akademiyasının mükafatı laureatı, tibb elimləri dok­to­ru, professor, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İns­ti­­tutunun göz xəstəlikləri kafedrasının müdiri Zərifə Əziz qızı Əliyevanın adı həm alim, pedaqoq, həkim, ictimai xadim, həm də bənzərsiz ürək saflığının tə­cəs­­­sümü olan bir insan kimi onunla ünsiyyətdə olan hər bir adamın qəlbində əbə­di yaşayacaqdır.

Zərifə xanımın bütün həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənib, baş­qa­­­la­rı üçün nümunə olubdur. İndi onunla bağlı hadisələr yaddaşın dərin qat­la­rın­da üzə çıxanda bu bənzərsiz insanın işıqlı obrazı cilalanmış almaz kimi göz önün­də can­lanır, bərq vurur. Zərifə Əziz qızının yaradıcı həyatının ana xəttini, heç şüb­hə­siz ki, onun oftalmologiya sahəsində apardığı pedaqoji fəaliyyət təşkil edir. O, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra öm­rü­nü of­ta­l­mo­logiyaya həsr edibdir. Təbiətən insanın dəqiq və incə təhlilinə meyl göstərən Zərifə xanım təsadüfi deyil ki, səhiyyə ixtisasları arasında məhz in­cəliyi və zərgər dəqiqliyi ilə seçilən oftalmologiya sahəsinə maraq göstər­ibdir. Zərifə Əziz qızının yaradıcı taleyi elə gətirib ki, seçdiyi sənətdə ilk addımla­rı­nı atdığı gündən ömrünün sonunadək Moskvada yerləşən Mərkəzi Həkimləri Təkmilləşdirmə İns­ti­tutunun Oftalmologiya kafedrsı ilə sıx bağlı olub.

Cazibəli şifahi nitq mədəniyyətinə malik olan Zərifə xanım həkim-of­tal­mo­loq­­­lar üçün Azərbaycan və rus dillərində müxtəlif ixtisaslar üzrə yüksək elmi sə­viy­­­yədə mühazirələr oxuyur. Heyrətləndirici bir faktı misal çəkmək istəyirəm. Be­lə ki, Zərifə xanımın rus dilində həm şifahi, həm də elmi kürsülərdən yüksə­lən çı­xışları dəqiq və aydın tələffüzü ilə diqqəti cəlb edirdi. O, tribunada özünə­məx­­sus da­nışıq manerası ilə fərqlənir, möhkəm yaddaşına güvənərək bir qayda ola­raq ya­zı­lı mətnə baxmadan əhatə etdiyi mövzunu rəngli slaydlar və cədvəl­lər­lə əsas­lan­dı­ra bilirdi.

Zərifə Əziz qızının pedaqoji ustalığının zirvəsi isə onun iştirakı ilə 1985-ci ildə “Meditsina” nəşriyyatı tərəfindən 40 çap vərəqi həcmində buraxılan “Tra­pev­tik oftalmologiya” kitabıdır. Burada dünya oftolmoloji təcrübənin yenilikləri öz əksini tapıbdır. Həmin nadir nəşr Moskvada, Azərbaycanda, Novokuz­netsk­də və Xarkovda oftalmologiyada terepevtik problemləri araşdıran Həkimləri Tək­­mil­ləş­dirmə İnstitutlarının göz xəstəlikləri kafedrasının professor-müəllim hey­­yə­ti­nin birgə gərgin zəhmətinin məhsulu idi. Zərifə xanım həmin kitabın ən samballı böl­mələrini yazarkən təbii ki, özünün zəngin klinik təcrübəsinə və elmi təd­qi­qat­la­rına əsaslanıbdır. O, eyni zamanda həmin kitabın illustrasiyalarla zən­gin olan “Görmə orqanının endo krinik xəstəlikləri”, “İridosiliar distrofi­ya­lar”, “Görmə or­qanının virus xəstəlikləri” bölmələrinin hazırlanmasında  da fəal  iş­­tirak edib­dir. Həmin əsərləri oxuyan həkimlər neçə illər bundan sonra da gör­kəmli alim və pe­daqoqun ideyalarını əməli işə tətbiq edəcəklər.

Dərs vasitələri ilə yanaşı professor Z.Ə.Əliyeva dövrü mətbuatda çap etdir­diyi məqalələrdə elmi nöqteyi-nəzərindən həkimlərin təkmilləşdirilməsi mə­sə­lə­lə­rini araşdırır. Onun 1984-cü ildə “Oftalmologiya xəbərləri” jurnalını 5-ci nöm­rə­­sində yazdığı “Oftalmoloq kadrlarının təhsili və tərbiyəsi” sərlövhəli baş mə­qa­lə buna əyani sübutdur. Zərifə xanımın “Həkimləri təkmilləşdirmənin elmi əsas­­­ları” mə­qaləsində internatura, klinik ordinatura, ilkin ixtisaslaşdırma, ümumi və tematik təkmilləşdirmə, informasiya kursları, seminar və simpoziumlar vasi­tə­silə göz həkimlərinin təhsil sisteminin inkişafının əsas istiqamətləri müəy­yən­ləş­­dirilir. Məqalə redaksiya heyyətinin sifarişi ilə yazılıb və jurnalın 100 illik yub­leyi münasibətilə çap edilibdir.

Professor Z.Ə.Əliyeva təkcə görkəmli pedaqoq kimi şöhrət tap­­­­mayıbdı. Eyni zamanda o, fundamental elmi araşdırmaların müəllifi olan, tibb­ el­minə nəhəng töfhələr verib, böyük erudisiyaya malik görkəmli alim kimi də ge­niş tanınırdı. Onun tədqiqatları geniş miqyası ilə seçilirdi. Alimin “Yaşla əla­­qə­dar olaraq gözün və görmə-əsəb yollarının dəyişikliyi” adlı monoqrafiyası bunu bir daha sübut edir. Burada konkret şəraitdə görmə orqanının vəziyyətini öyrənən kli­nik istiqamətli elmi müddəaların bütöv bir silsiləsi öz əksini tapıbdır. Bu elmi işlər sırasında böyük yaradıcı əməklə başa gələn Özbəkis­tanın “Me­dit­sina” nəş­riy­yatı tərəfindən çap edilmiş “Şəkərli diabet zamanı göz xəstəlik­ləri” adlı mo­noq­­rafiya xüsusi əhəmiyyət kəsb edir. Bu qiymətli əsərində Zərifə xa­nım bir so­sial mənbə kimi Orta Asiya və Qafqaz regionunu götürərək insanlar ara­sında tez-tez müşahidə olunan və kifayət qədər geniş yayılmış şəkərli diabet za­manı ya­ra­nan göz xəstəliklərinin patoloji, klinik, diaqnostik və müalicəvi xü­su­siyyətlərini araş­dırır. Elmi siqlətinə görə bu nəşr nadirdir və bu gün də oftal­mo­loqların sto­lüs­tü kitabıdır.

                                       Kamal Camalov

                                       Azərbaycan Respublikasının Əməkdar müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: