Layiqli övlad, etibarlı həyat yoldaşı, fədakar ana, peşəkar həkim - Zərifə xanım Əliyeva - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümü münasibəti ilə görkəmli oftalmoloq-alimin adını daşıyan Naxçıvan Şəhər Poliklinikasında  tədbir olub.

Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında keçirilən tədbirdə iştirakçılar əvvəlcə poliklinikanın foyesində akademikin büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə həsr olunan guşədə alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablarla, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olublar.

Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva görkəmli akademikin çoxşaxəli və mənalı ömründən, xalqa təmənnasız böyük xidmətlərindən danışıb.

Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Səadət Əlizadə ömrünü tibb elminə həsr edən görkəmli alim Zərifə xanım Əliyevanın oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatları, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində və müalicə metodlarının tapılması istiqamətində apardığı elmi araşdırmalardan bəhs edib.

Qeyd olunub ki, Zərifə xanım təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Onun işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Sonda görkəmli alimə həsr olunan şeirlər bədii qiraət edilib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: