Yeni Kərki kəndində badam bağı salınır - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli rayonunun
Yeni Kərki kəndi ərazisindəki 0,5 hektar sahədə yeni bağ salınır. Bununla da ümumilikdə rayondakı 34 hektardan çox sahədə yeni badam bağları salınıb.
Yeni salınan bağlarda məhsuldar badam növləri - buta, daş, kətanköynək, püstə və acı badam əkilib.
Qeyd edək ki, rayonda bundan sonra da badam bağlarının salınması və bu sahələrin genişləndirilməsi nəzərdə tutulub.
Ərhan Novruzov