Muxtar respublikada tütün əkini başladı - FOTOLAR

A- A A+

“Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ötən  il muxtar respublikada 50 hektar sahədə tütün əkini aparılıb. Sahələrdən 96 ton quru tütün əldə olunub. Bu il əkiləcək ərazilər daha da genişləndiriləcək. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, artıq muxtar respublikada tütün əkinlərinə start verilib. İstixana şəraitində yetişdirilən tütün şitilləri əraziyə köçürülür. Kəngərli rayonunun Xıncab və Təzəkənd ərazisində 5 hektar sahədə “İzmir” və “Virciniya” sortu tütünlər əkilib. Ərazinin relyefi nəzərə alınaraq tütün əkilməsi üçün əvvəlcədən torpaq hazırlıq işləri görülüb. Əkin işləri mexaniki üsulla həyata keçirilir. Bu həm də əl əməyini yüngülləşdirir.

Tütün əkinlərinin həyata keçirilməsi əhalinin məşğulluğunu da  təmin edir. 25 kənd sakini burada mövsümi işlə təmin olunub.

Bu il də muxtar respublikada 50 hektar sahədə tütün əkinləri aparılacaq.                                    

Qeyd edək ki, Naxçıvanda bir zaman köklü təcrübələrə əsaslanan tütünçülük ənənəsi olub və  bir neçə rayon  bu sahədə ixtisaslaşıb.         

                                                                                         Turab Hacızadə 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: