Naxçıvanın ədəbi-mədəni mühiti ilə bağlı tədqiqatlar davam edir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun onlayn iclası keçirilib.
İclasda institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bildirib ki, xüsusi karantin rejimi dövründə bölmənin digər elmi qurumları kimi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları da “Evdə qal” prinsipini əsas götürməklə Naxçıvanın ədəbi-mədəni mühitinin inkişaf tarixi və yetirmələri, bölgənin folkloru, onomastikası, dialekt və şivələri ilə bağlı tədqiqatlarını sistemli şəkildə davam etdirirlər. Alim bu il ərzində görülmüş işlər, əldə olunmuş nəticələr barədə geniş məlumat verib.
İnstitutun elmi işlər üzrə direktor müavini, Əməkdar elm xadimi, professor Hüseyn Həşimli qarşıdakı aylarda keçiriləcək elmi konfranslara hazırlığın vəziyyəti, həmçinin əməkdaşların kütləvi informasiya vasitələrində elmi-kütləvi mövzularda çıxışları barədə müvafiq məlumatları diqqətə çatdırıb.
Sonra institutun əməkdaşları onlayn iclasda çıxış edərək xüsusi karantin rejimi dövründə gördükləri işlərdən, apardıqları tədqiqatlardan, nəşrə hazırladıqları əsərlərdən danışıblar .
Sonda institutun direktoru, AMEA-nın müxbir üzvü Ə.Quliyev qarşıda duran vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb.