Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədris planına uyğun olaraq Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə videogörüşü təşkil edilib.
Görüşdə Naxçıvan Dövlət Texniki Kollecinin mühasibat uçotu ixtisası üzrə təhsil alan üçüncü kurs tələbələri iştirak edib.
Nazirliyin baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərov “Büdcə təşkilatlarında maliyyə hesabatlarının mühasibat uçotunun beynəlxalq standartlarına uyğun hazırlanması” mövzusunda videotəlim keçib.
Mühasibat uçotunda hesab anlayışı, müxabirləşmələr, büdcə təşkilatları üçün hesablar planının tətbiqi, maliyyə hesabatlarının formaları və tərtib edilməsi barədə tələbələrə elektron materiallar əsasında ətraflı məlumat verilib.