Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Müseyib İlyasovun iştirakı ilə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsiniin tələbələrinə onlayn elmi seminar keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Müasir dərs və ona verilən tələblər” mövzusunda keçirilən seminarda fakültənin müəllim və tələbə heyəti olmaqla 50 nəfər iştirak edib.
Professor Müseyib İlyasov “Müasir dərs və ona verilən tələblər” mövzusunda geniş məruzə ilə çıxış edib, müasir dərsin funksiyaları haqda danışıb. Şəxsiyyətin formalaşdırılmasına və inkişafına, dərsdə humanist keyfiyyətlərin üzə çıxarılmasına müsbət təsir göstərən tərbiyəvi funksiya ətrafında geniş müzakirələr aparılıb.
Sonda isə mövzu ətrafında çıxışlar olub, müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Səadət Əliyeva