Şahbuz bağlarından əsgərə sovqat - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunda yeni salınan bağlardan  toplanan 8 tona yaxın  meyvə  sovqat olaraq hərbi hissəyə verilib. Bununla bağlı keçirilən tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşları əsgərləri Silahlı Qüvvələrimizin  yaranmasının 100 illiyi münasibəti ilə təbrik ediblər. Son günlər qazanılan Günnüt əməliyyatını ordumuzun növbəti uğuru və əsgərlərin xalqımıza ən yaxşı bayram hədiyyəsi kimi dəyərləndiriblər.    

Qeyd olunub ki, bu gün Silahlı Qüvvələrimizin  heç bir kənar yardıma ehtiyacı yoxdur. Əsgərlərimizə gətirilən sovqatlar isə  xalq-ordu birliyinin  ifadəsidir.

Qeyd edək  ki, bundan əlavə Şahbuz şəhərindəki  4  hektarlıq ərik bağı və İşgəsu massivindəki  meyvə bağının məhsulu da əsgərlərə sovqat  üçün toplanır.              

                                  Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: