NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ali təhsil ocağında ilk laborator məşğələ Memarlıq və mühəndislik fakültəsinin “Dəmiryol stansiya və qovşaqlarının avtomatik idarə edilməsi” laboratoriyasında keçirilib. Nəqliyyat və informasiya texnologiyaları kafedrasının müəllimi Yadulla Həziyevin “Dəmiryol nəqliyyatı və tikintisi mühəndisliyi” ixtisası tələbələrinə keçdiyi onlayn məşğələdə yol, rabitə və işarevermə sahələrinin tikili və qurğuları, stansiya yolları,150 tonluq vaqon tərəzilərində boş və dolu vaqonların çəkilməsi , svetoforlarin təyinatı və təsnifatı, çeşidləmə qurğuları, qatarların tərtibat məsələləri, dəmiryol keçidlərinin iş prinsipi, qatarların qəbulu və göndərmə qaydalarına nəzər salınıb.
Onlayn məşğələyə Naxçıvan Dəmir yolları MMC-nin əməkdaşları da qoşulub. Qarşılıqlı fikir mübadiləsi şəklində aparılan dərsdə tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, dərslərin laboratoriyada onlayn təşkili tələbələrin təcrübi dərslərdən geri qalmamaları üçün təşkil edilir.
Səadət Əliyeva