Bakı-Naxçıvan reysi hələ açılmayacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, çünki Naxçıvan sarı zonadır:
"Bakı isə narıncı zona hesab edilir. Ona görə də yoluxmanın qarşısını almaq üçün bu məsələ hələ baxılmamış qalıb. Növbəti mərhələdə həmin məsələyə baxılacaq".