Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb. Belə ki, vergi ödəyiciləri Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (vergi.nakhchivan.az) daxil olmaqla Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət və Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciətə uyğun keçidi seçməklə vergi ödəyicilərinə verilən istifadəçi kodu,şifrə-parol, asan imza və ya elektron imza ilə elektron kabinetə daxil olub onlayn qaydada elektron ərizə ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə müraciət etməlidirlər.