Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin mütəxəssisləri mövsümi allergiya və koronavirus infeksiyası əlamətləri arasındakı fərqləri açıqlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müvafiq izahat şöbənin saytında yerləşdirilib.
Qeyd edilir ki, mövsümi allergiya zamanı COVID-19-dan fərqli olaraq, temperatur normal qalır, artıb-azalmır, açıq-aşkar zəiflik və yorğunluq olmur, habelə öskürək və nəfəsalma çətinliyi müşahidə edilmir. Bu arada bronxial astma xəstələri istisnalıq təşkil edir. Allergiyanın əsas əlamətləri burun axması, boğaz ağrısı, gözlərin qızartısı, göz yaşlarının axması və dəridə müşahidə edilən qaşınmalardır.
Mütəxəssislər bundan fərqli olaraq koronavirus infeksiyası zamanı qızdırmanın şiddətləndiyini bildiriblər. Ağır bronxial astma və xroniki ağciyər xəstəliyi olan xəstələr istisnadır.