Şahbuz rayonunda yaşıllaşdırma tədbirləri davam etdirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Şahbuz Sutəmizləyici Qurğular Kompleksinin ətrafında,  Daylaqlı kəndinin yol kənarlarında, Badamlı Mineral Sular Zavodunun həyəti və ətrafında, Nursu və Sələsüz kəndlərinin yol kənarlarında yeni tinglər əkilib, bərpa işləri aparılıb.

Bu yaşıllaşdırma ərazilərinin əsas ting bazası rayonun Kommunal Müəssisələr Kombinatının 3 hektarı əhatə etdiyi tingçilik ərazisidir. Bu da yetişdirilən müxtəlif gül kolları, meyvə və yaşıllıq tingləri yaşıllıqların artırılmasında istifadə olunur.

Mövsüm ərzində 5,5 hektar sahədə yeni meyvə bağı, 8 hektar sahədə üzüm bağı salınıb, 0,7 hektar ərazidə bərpa işləri aparılıb.

Adilə Səfərova

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: