Muxtar respublikanın ən böyük asfalt zavodu qurulur - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, zavod Arazqırağı ərazidə qurulur. Aprel ayının əvvəlindən tikintisinə başlanılan zavodda ən yeni texniki göstəricilərə malik avadanlıqlar quraşdırılır. Buraya qaz, elektrik və su xətlərinin çəkilişi başa çatdırılıb. Zavod istifadəyə verildikdən sonra saatda 240 ton yüksək keyfiyyətli asfalt istehsal olunacaq.  Bu, muxtar respublikada ən böyük asfalt zavodudur.

Naxçıvanda müasir asfalt zavodunun qurulması keyfiyyətli asfalt istehsalına və  avtomobil yollarının sürətli və vaxtında çəkilməsinə imkan yaradacaq.                 

                                                   Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: