“Azərbaycan Milli Ordusunun 100 illiyi” münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb

A- A A+
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən “Azərbaycan Milli Ordusunun 100 illiyi” münasibətilə yeni poçt markası hazırlanıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, poçt markası Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordumuzun 100 illiyinə həsr olunub. Fransada yüksək keyfiyyətlə nəşr olunan markalar iyunun 26-da dövriyyəyə buraxılacaq. 110x135 millimetr ölçüsündə olan markanın tirajı 3000 ədəd təşkil edir. Markaları “Azərpoçt” MMC-nin poçt şöbə və filiallarından, eləcə də “Şəbəkə” xidmət mərkəzlərindən əldə etmək mümkündür. Məlumat üçün bildirək ki, Azərbaycanda 1919-cu ildə dövriyyəyə buraxılan ilk marka da Azərbaycan əsgərinə həsr olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: