Zəngəzur Milli Parkında toxum bərpa işləri davam edir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Həsən Əliyev adına Zəngəzur Milli Parkında 5 hektara yaxın sahədə əkin bərpa işləri aparılıb. Məqsəd meşə sahələrinin daha da artırılması və yaşıl örtüyün sıxlaşdırılmasından ibarətdir. Aparılan əkin işlərində əsasən yerli iqlim şəraitinə uyğun alça, yemişan və həmərsin ağaclarının toxumlarından isifadə edilib.
Həyata keçirilən bu cür tədbirlər təkcə yaşıllıq sahələrinin artırılması deyil, həm də sağlam ekoloji mühitin yaradılması, təbiətdə tarazlığın qorunması və insanların sağlamlığına xidmət edir. Həmçinin bu işlər muxtar respublikada ekoturizmin də inkişafının genişlənməsinə şərait yaradır.
Mahmud Hüseynov