Muxtar respublikada toxum və tinglərin xaricdən gətirilməsinə son qoyulacaq - VİDEO
Naxçıvan-Sədərək magistral avtomobil yolunun kənarında 100 hektar sahədə salınan püstə bağından əlavə 2 hektar sahədə də yeni püstə bağı salınacaq. Həmin bağda nazirliyin tabeliyində olan tingçilik təsərrüfatında ərsəyə gələn 1000-dən çox püstə tingi əkiləcək. Beləliklə toxum və tinglərin xaricdən gətirilməsinə son qoyulacaq, tələbat yerli imkanlar hesabına ödəniləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Kamal Abdullayev Naxçıvan televiziyasına müsahibəsində bildirib ki, geniş sahədə püstə bağının salınması muxtar respublikada ilk dəfə həyata keçirilir. Bunun üçün də Türkiyə və İran dövlətlərinin təcrübəsindən istifadə edilir.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının bununla bağlı hazırladıqları videomaterialı təqdim edir:
Ərhan Novruzov