"Ağıldan bəla" tamaşası onlayn nümayiş olunub - FOTOLAR

A- A A+

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında yeni onlayn tamaşa nümayiş olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tamaşa Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, o cümlədən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında canlı yayımlanıb.

Tamaşada hadisələr zadəgan həyatının çirkinlikləri  və insanların acınacaqlı həyat şəraitindən bəhs edir. Əsər Qriboyedovun yaradıcılığının ən məşhur nümunəsi hesab edilir.

Əsas rolların ifaçılarının  gənclər olduğu tamaşanın quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Əsgərovdur.

Qeyd edək ki, mayın 11-də saat 15.00-da yazıçı-dramaturq Elçinin “Teleskop” əsəri Naxçıvan Televiziyasından onlayn yayımlanacaq. 

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: