NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrlə onlayn görüş keçirilib.
Görüşdə Nazirliyin əməkdaşları tərəfindən “Muxtar respublika sahibkarlarının beynəlxalq tədbirlərdə iştirakı, yerli istehsal məhsullarının beynəlxalq tədbirlərdə təbliğinin əhəmiyyəti”, “Startap layihələrinin qəbulu və qiymətləndirilməsi” mövzuları üzrə çıxışlar olub və tələbələri maraqlandıran suallar cavablandırılıb . Belə tədbirlərin onlayn şəkildə davam edəcəyi bildirilib.