Ötən ay 395 daşınmaz əmlak obyekti qeydiyyata alınıb

A- A A+

Muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində qarşıda duran vəzifələrin icrası diqqətdə saxlanılır.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, torpaqların elektron uçotunun aparılması məqsədi ilə Sədərək rayonunun Sədərək kəndində planaalma işləri davam etdirilib, ay ərzində 1071 daşınmaz əmlak obyekti plana alınıb. 13 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. Şərur rayonunun Kosacan, Xanlıqlar, Ələkli, Çəmənli, Dərvişlər və Siyaqut bələdiyyələrinin torpaqların qida maddələri ilə təmin olunma kartoqramları yenilənərək aidiyyəti üzrə təqdim edilib.

Aprel ayında 395 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 333 texniki sənəd hazırlanıb, yeni yaranmış 19 daşınmaz əmlak obyektinə ünvan verilib, 83 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. 20 vətəndaşa elektron xidmətlər göstərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: