Şərurda Sutəmizləyici Qurğullar Kompleksi inşa olunur - VİDEO
Muxtar respublikanın rayon və şəhər mərkəzlərində, eləcə də ətraf kəndlərdə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması ilə əlaqədar işlərin davamı olaraq Şərur şəhərində Sutəmizləyici Qurğullar Kompleksi inşa olunur.
Şərur şəhər Sutəmizləyici Qurğullar Kompleksi saniyədə 236 litr su təmizləmə gücünə malikdir. Qurğuda hər birinin su təmizləmə gücü saniyədə 47,2 litr olan 5 dəst avadanlıq quraşdırılır.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Nurlan Sadiqov