Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirilib - VİDEO
8 may Beynəlxalq Talassemiya Günü ilə bağlı baş tutan qanvermə aksiyasının keçirilməsinin əsas məqsədi talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən xəstələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qarşılamaqdır. Bu gün xeyriyyə məqsədilə keçirilən qanvermə aksiyasına “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları qoşulub.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan Televiziyasının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Nurlana Əhmədova