Aprel döyüşləri və Naxçıvan əməliyyatında qaldırılan bayraqlar bugünkü paradda nümayiş olunub  - VİDEO

A- A A+

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Azərbaycan Respublikasının Prezidenti,  Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2016-ci il aprel döyüşlərində və 2018-ci il Naxçıvanda keçirilən Günnüt əməliyyatında qaldırılan bayraqlardan danışıb. Bu bayraqların bu gün keçirilən paradda nümayiş olunduğunu qeyd edib.  Xatırladaq ki, 2018-ci il may ayında Naxçıvanda uğurla həyata keçirilən Günnüt əməliyyatında əsgərlərdən sonra ilk dəfə Naxçıvan televiziyasının və Nuhçıxan İnformasiya Agentliyinin əməkdaşları Azərbaycan bayrağını Günnüt dağlarında dalğalandırıblar. NUHÇIXAN Dövlət  başçımızın zəfər bayraqlarımızla bağlı söylədiyi fikirlərin videomaterialını təqdim edir.      

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: