Şərur rayonunun kəndlərində təmizlik aksiyası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunun Püsyan, İbadullah və Kosacan kəndlərinin əhalisi kənd ərazilərindəki bağlara qulluq ediblər.

Şərur rayonunda kənd ictimaiyyəti Püsyan və İbadullah kəndlərindəki meyvə bağlarına aqrotexniki qulluq göstəriblər. Bağlardakı alaq otları sahələrdən təmizlənib, səliqə-sahman yaradılıb. Eyni zamanda İbadullah kəndində texnika vasitəsilə alaq otlarına qarşı dərmanlama işləri görülüb.     

Kosacan kəndində də ictimaiyyət nümayəndələri kənddəki meyvə bağlarında və kənd ərazilərində təmizlik işləri görüblər. Gülkarlıqlara qulluq göstərilib, bağlardakı ağacların gövdələri ağardılıb.                                           

Qeyd edək ki, aparılan ekoloji tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisinin 20 faizdən çoxu yaşıllıqlardan ibarətdir.

Vurğun Bağırov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: