GÜNNÜT ZƏFƏRİ

A- A A+

Günnüt zəfəri bütün vətəndaşlarımız kimi,  yaradıcı insanlara təsirsiz ötüşməyib. Artıq bu zəfərlə bağlı şeirlər, poemalar yazılır. NUHÇIXAN gənc şairə Təranə Əliyevanın “Günnüt zəfəri” adlı şeiri təqdim edir.   

Ordu qələbəmdi, ordu zəfərim,

Qüdrətim, gücümdü, həm də təpərim,

Düşmənin başına odlar yağdıran

Ordu həm minimdi, həm də nəfərim!

 

Qurtuluş yolumuz Günnütdən keçdi,

Torpaq da sevindi, daş da sevindi.

İyurmi altı il sonra bu yurdu görən

Həsrətli gözlərdə yaş da sevindi.

 

Quranın səsinə həsrət məzarlar,

Sanki dilə gəlib ağladı o gün!

Laləli təpələr, güllü yaylaqlar

Sevincdən qırmızı bağladı o gün!

 

Cocuq Mərcanlıdan başlanan zəfər

Günnütə işıqlı sabah gətirdi.

Mərmilər altında çəkilən yollar

Tarıxə yazılan qızıl sətirdi.

 

Azərbaycan əsgəri Qızılqayada,

Ağbulaq, Qaraqaya, Mehridağdadır!

Günnütdə ucalan vətən bayrağı,

Əminəm, sabah da Qarabağdadır!

 

İrəli, vətənin igid əsgəri,

Qələbə xəbərin davamlı olsun!

Geriyə yol yoxdur, ancaq irəli!

Ürəyim ümidlə, zəfərlə dolsun!

                                                           

   Təranə Əliyeva

Naxçıvan Dövlət Radiosunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: