Sədərək rayonunda torpaqların elektron kadastr uçotu aparılır

A- A A+

 Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Sədərək rayonunun Heydərabad qəsəbəsində və Qaraağac kəndində torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi başa çatdırılıb. Plana alınan 2 minə yaxın daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları Xidmətin informasiya bazasına daxil edilib, yaşayış məntəqələrinin yeni elektron yerquruluşu xəritələri hazırlanıb.

Hazırda planaalma işləri başa çatan yaşayış məntəqələrinin ərazilərində mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinə dair göstəricilər baza məlumatları ilə müqayisə olunur, uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: