Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti vətəndaşlara səyyar xidmətlərin göstərilməsini davam etdirir.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, növbəti dəfə səyyar xidmət qrupu Şərur rayonunun Ərəbyengicə kəndində olub. Xidmət göstərilən kənddə və ətraf yaşayış məntəqələrində yaşayan sakinlərin müraciətlərinə baxılıb. Daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı üçün 14, məhdudiyyət və yüklülüyə dair arayışın verilməsi üçün 4, ümumilikdə 18 vətəndaşın ərizəsi qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib. Müraciətlərlə əlaqədar qəbul edilmiş sənədlər elektron sistemə daxil edilib.
Qeyd edək ki, səyyar xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində bir sıra yardım göstərilir.
Səyyar xidmət zamanı daşınmaz əmlakın qeydiyyatı ilə bağlı texniki məsələlərin həlli də diqqətdə saxlanılır. Bu məqsədlə ayrılmış mütəxəssislər tərəfindən əmlakın müayinəsi aparılır, müasir geodeziya avadanlıqları vasitəsi ilə ölçüləri dəqiqləşdirilir.