Muxtar respublikada fövqəladə hallara hazırlıq diqqətdə saxlanılır - FOTOLAR
Naxçınan Muxtar Respublikası Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ötən ay ərzində sənаyеdə və dаğ-mədən sаhələrində tехniki təhlükəsizliyin təmin оlunmаsı məqsədilə 26 təhlükə pоtеnsiаllı оbyеktdə yохlаmа kеçirilib, 8 müəssisədə 68 nəfərin iştirakı ilə maarifləndirmə işi aparılıb, 1 müəssisə dövlət reyestrində qeydiyyata alınıb və 3 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilib. Habelə 18 qurğu texniki təhlükəsizlik sertifikatı ilə təmin edilib, 23 texnoloji nəqliyyat vasitəsi texniki baxışdan keçirilib, 1 müəssisəyə lisenziya verilib, 1 müəssisədə isə əvvəlcədən verilmiş lisenziyanın şərtlərinə əməl olunması, 10 tibb müəssisəsində radiasiya təhlükəsizliyinin vəziyyəti yoxlanılıb, 2 tibb müəssisəsinə radioloji-gigiyenik pasport verilib.
Həmçinin təbii qazdan və elektrik enerjisindən istifadə zamanı məsrəfçiliyin qarşısının alınması və yanğın təhlükəsi yarada biləcək sahələrin ləğv edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə 3 min 586 yaşayış evinə baxış keçirilib, 51 elektrik və 114 şlanqla çəkilmiş qaz xəttinin yeri dəyişdirilib, 8 qazla işləyən nasaz suqızdırıcısının və 151 tezqatlanan tüstü borusunun istismarı dayandırılıb. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı müəssisə və təşkilatlarda izahat işləri aparılaraq 29 obyektdə icbari sığorta müqaviləsinin bağlanılması təmin edilib.
Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən 48 tikinti obyektində işlərin tikinti norma və qaydalara uyğun aparılmasına nəzarət olunub, yeni tikilən 38 obyektin layihə-smeta sənədləri ekspertizadan keçirilib, istismara verilən 4 obyektin “İstismara hazırlıq aktı” tərtib olunub. Şərur şəhərində Bayraq Meydanının tikintisi ilə bağlı müəyyən olunmuş sahədən götürülmüş qrunt nümunələrinin fiziki-mexaniki xüsusiyyətləri laboratoriyada araşdırılaraq müvafiq mühəndis-geoloji hesabat hazırlanıb.
Ay əzində Muxtar respublikada virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin keçirilməsinə Nazirliyin şəxsi heyəti cəlb edilərək Naxçıvan şəhəri, rayon və kənd mərkəzləri, habelə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və hərbi şəhərciyi, sərhəd və gömrük keçid məntəqələri, Əlahiddə Ümumqoşun Ordunun hərbi şəhərcikləri və hərbi hissələri, Daxili Qoşunların “Naxçıvan” Əməliyyat Briqadası, hərbi şəhərciyi, Polis məktəbi və Hərbi lisey dezinfeksiya olunub.