Fazil Ələkbərov şəxsi heyəti təbrik edib - FOTOLAR
Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-mayor Fazil Ələkbərovun və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların komandanı, general leytenant Şahin Məmmədovun təbriklərini şəxsi heyətə çatdırılıb.
Qeyd edib ki, muxtar respublikamızda bütün hərbi hissələr müasir texnika və avadanlıqlarla təchiz edilib, maddi texniki baza təkmilləşdirilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi olan Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında istər əsgərlərin, istərsə də zabit-gizir ailələrinin sosial məişət şəraitinin artırılması, yeni xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi, görülən işlər ardıcıl xarakter alıb. Xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır, hərbi hissənin maddi texniki bazası ilbəil gücləndirilir. Son illər silahlı qüvvələrin taktiki təlimlərində daxili qoşunların şəxsi heyətinin də iştirakı və verilən tapşırıqların peşəkarlıqla icrası bu hərbi hissədə əldə olunan nailiyyətlərin daha bir ifadəsidir.
Şəxsi heyət Azərbaycan Respublikası Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar keçirilən hərbi paradı da izləyib.
Tədbir Naxçıvan Dövlət Filarmoniyasının mahnı ansamblının konsert proqramı ilə davam edib.
Gülməmməd Əliyev