İstilərlə necə mübarizə aparmalı?

A- A A+

Son günlərdə Naxçıvanda havalar isti keçir. Hava proqnozlarına görə, bundan sonra da isti havalar bir neçə gün davam edəcək.  Havaların həddən artıq isti keçməsi halsızlıq, nəfəs darlığı kimi problemlərə yol açır. NUHÇIXAN  isti havalarda sərinləməyin bir neçə üsulunu təqdim edir.

Yodlu duz istifadə edin
İsti havalarda tərlə birlikdə bədəndə olan duzlar da xaric olur. Duz azlığı halsızlıq, mənfi hallar yarada, yaxud təzyiqi aşağı sala bilər. Bunun qarşısını almaq üçün ilk növbədə yodlu duz istifadə edin.
Gündəlik 2-3 litr su üçün
Bədən susuz qalanda əl-ayaq şişir. Bunun qarşısını almaq üçün maye istehlakını artırın. Daha çox sərinləmək və detoks təsiri yaratmaq üçün su şüşəsinə gecədən nanə, cəfəri kimi orqanizmi rahatladan bitkilər əlavə edin.
Günəşin çıxdığı saatlara diqqət edin
Günəşin insan orqanizmi üçün riskli olduğu saatlarda təcili deyilsə, çölə çıxmayın. Çünki hədsiz istilərdə beyinə qan sızması təhlükəsi yaranır. Əgər evdən mütləq çıxmalısınızsa, onda şlyapa geyinin, günəş kremi çəkin. Əks halda günəş yanığı yarana bilər.
Açıq rəngli geyimlərə üstünlük verin
Dəb haqqında məlumatları olanlar yaxşı bilirlər ki, dizaynerlər yay aylarında açıq rəngli geyimlər təklif edirlər. Belə geyimlər günəş şüalarını itələyir, tünd rəng geyimlər isə, əksinə, şüaları özünə tərəf çəkir.
Krem istifadə edin
İsti havalarda tərləmə bədənin müxtəlif nahiyələrində qızartıya səbəb olur. Bunun qarşısını almaq üçün uşaq kremindən istifadə edin.
Yeməkdən sonra suya girməyin
Yeməkdən dərhal sonra dənizə, hovuza daxil olmayın və ya yürüşə çıxmayın. Çünki bu zaman həzm çətinləşir, təzyiq isə yuxarı qalxır. Yeməkdən sonra ən az 10 dəqiqə dincəlin. Daha sonra isə hərəkət edin.
Yağlı yeməklərdən çəkinin

Lahmacun, kabab, dolma, paxlava kimi həddindən artıq yağlı və şəkərli yeməklərdən uzaq durmalısınız. İsti havalarda belə yeməklərin zərərli təsirləri daha da artır, halsızlıq, nəfəs darlığı kimi problemlərə yol açır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: