Bu barədə Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN Informasiya Agentliyinə bildirilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə tələbələri ilə onlayn görüş təşkil olunub.
Vurğulanıb ki, onlayn görüşün əsas məqsədi könüllü tələbələrin ədliyyə sahəsindəki bilik və bacarıqlarını daha da artırmaq və təkmilləşdirməkdən ibarətdir.
Görüş zamanı tələbələrə nazirliyin əməkdaşları tərəfindən probasiya sahəsi üzrə müasir elektron izlənmə nəzarət sistemi barədə geniş məlumat verilib, elektron nəzarət sisteminin istifadə qaydaları izah edilib. Tələbələr məhkumlar üzərində tətbiq olunan elektron nəzarət vasitəsi ilə tanış ediliblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.