Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda videotəlim keçirilib.
Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin tədris zalında baş tutan videotəlimdə muxtar respublikanın təhsil sahəsində fəaliyyət göstərən 14 nəfər maliyyə-mühasibat mütəxəssisi iştirak edib. Tədbiri Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova giriş sözü ilə açaraq təlimin aktuallığı və mahiyyəti barədə danışıb.
Sonra Nazirliyin baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərovun məzuniyyət hüququ və onun təmin edilməsi ilə bağlı slaydlarla zənginləşdirilmiş geniş çıxışı olub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlimin əsas məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında işçilərin məzuniyyət hüququnun mövcud qanunvericiliyə uyğun olaraq təmin edilməsindən ibarətdir.