Bəxtiyar Əsgərov: Bəzi saytlarda guya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşının vəzifə səlahiyyətlərini aşması ilə bağlı həbs edildiyi barədə yayılmış xəbərlər yalandır
“Bəzi saytlarda guya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşının vəzifə səlahiyyətlərini aşması ilə bağlı həbs edildiyi barədə xəbərlər yayılıb. Rəsmi olaraq bildirirəm ki, bu məlumat tamamilə yalandır”. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov deyib.
B.Əsgərov qeyd edib ki, dünyanın koronavirusla mübarizə apardığı həssas dövrdə bu cür uydurma və heç bir əsası olmayan məlumatların qəsdən yayılması təkcə məsuliyyətsizlik deyil, həm də ağılsızlıqdır: “Tam məsuliyyətlə qeyd edirəm ki, muxtar respublika bütün sahələrdə öz dinamik inkişafı və dəyişməz mövqeyi ilə həmişə doğru və düzgün informasiyaya dəstəyini ifadə edib”.