Arpaçay Dövlət Təbiət Yasaqlığında yeni tinglik sahəsi yaradılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Arpaçay Dövlət Təbiət Yasaqlığının Şərur rayonundakı Billava ərazisində ərik, badam, göyrüş toxumlarından istifadə edilərək tinglik sahəsi yaradılıb. Bura 30 badam, 150 kq ərik, 50 kq göyrüş toxumları aqrotexniki qaydalara uyğun əkilib.
Qeyd edək ki, yerli toxumlardan istifadə edilərək əkilən tinglərin bitmə faizi daha yüksək olur. Buna görə də növbəti illərdə tingliyin sahəsinin genişləndirilməsi nəzərdə tutulub.
Sadiq Məmmədov