Misir mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü barədə yazır

A- A A+

Misirin nüfuzlu “Əl Əhram”, “Cumhuriyyə” qəzetlərində və “Asiya Əl-Youm” xəbərlər agentliyində Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevin Azərbaycanın Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü ilə bağlı məqaləsi dərc edilib.

NUHÇIXAN xəbər verir ki, məqalədə səfir 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk demokratik respublika olduğunu, cəmi iki ilə yaxın yaşamış bu dövlətin zəngin dövlət quruculuğu təcrübəsi ilə tariximizdə silinməz izlər qoyduğunu, bu qısa zaman ərzində milli ordunun təsis olunduğunu vurğulayıb.

Qeyd olunur ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu, o cümlədən ordu quruculuğunda yeni mərhələ başlanılıb. Müasir Azərbaycan Ordusu bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında regionun ən güclü ordusuna çevrilib.

Müəllif, həmçinin hazırda Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə və qorumağa qadir olduğunu və Aprel döyüşlərindəki uğurlarını oxucuların diqqətinə çatdırır. Məqalədə ordumuzun büdcəsinin Ermənistanın büdcəsindən iki dəfə çox olması faktına da xüsusi yer verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: