Tələbə Elmi Cəmiyyətinin yekun konfransı baş tutub - FOTOLAR

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) 2019/2020-ci tədris ili üçün yekun onlayn konfransı keçirilib. Konfransa fakültənin professor-müəllim heyəti və TEC işi yerinə yetirən tələbələr qoşulublar.

İnstitutun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirlib ki, konfransda fakültə dekanı Arif Ağalarov fakültədə aparılan işlər və qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına məlumat verib.

Həmçinin ali və orta ixtisas təhsili müəssisələrində könüllülük prinsipi əsasında fəaliyyət göstərən bu qurumun tələbələrin ictimai həyatdakı fəallığı, ali təhsilli kadrların hazırlanması işində keyfiyyətin yüksəldilməsi, tələbələrin elmi fəaliyyətə marağının artırılması, perspektivli və istedadlı gənclərin üzə çıxarılması, həmçinin sabahın alimlərinin yetişməsindəki rolundan danışıb.

Konfransın plenar iclasında üç nəfər tələbənin məruzəsi dinlənildikdən sonra konfrans altı bölmə üzrə öz işini davam etdirib. Ümumilikdə, 53 nəfər tələbənin məruzəsi bölmələr üzrə dinlənilib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: