“Elm və təhsildə informasiya texnologiyalarının rolu” mövzusunda onlayn konfrans keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN Informasiya Agentliyi xəbər verir ki “Naxçıvan” Universitetində Riyaziyyat və informatika kafedrasının təşkilatçılığı ilə  “Elm və təhsildə informasiya texnologiyalarının rolu” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

Onlayn konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu bildirib ki, müasir dünyada  elmi və texnoloji inkişaflar bir tərəfdən yeni təhsil ehtiyacları yaratmaqda, digər tərəfdən də təhsil tətbiqlərinə yeni imkanlar təqdim etməkdədir. Mövcud vəziyyətlə əlaqədar olaraq "Naxçıvan" Universitetində tədrisin təşkili günün tələblərinə uyğun olaraq qurulub. Fənlər üzrə dərslər onlayn və videodərslər vasitəsilə tələbələrə ən yüksək səviyyədə çatdırılır.

Daha sonra universitetin Riyaziyyat və informatika   kafedrasının müəllimləri, professor Cavanşir Zeynalovun “İnformasiya texnologiyalarının həyatımızda rolu”, Səbinə Mahmudovanın “Süni intellekt yaxud idrakımızın zirvəsi”  və Həsən Nəcəfovun “ İnformatika və süni intellekt problemi” mövzusunda çıxışları dinlənilib.

Sonda telekonfrans iştirakçılarının sualları cavablandırılıb.

                                             Seyfur Hacımuradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: