Pandemiya dövründə Kolumbiyada meşələrin hərisliklə qırılması ekoloqların narahatlığını doğurur

A- A A+

Koronavirus pandemiyası dövründə özünütəcrid tədbirlərinə baxmayaraq, dünyanın bioloji baxımdan ən rəngarəng ölkələrindən biri olan Kolumbiyada meşələrin hərisliklə qırılması dayandırılmır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ətraf mühitin müdafiəçiləri xəbərdarlıq edirlər: müxtəlif cinayətkar qruplaşmalar Kolumbiya hökumətinin tətbiq etdiyi karantinə tabe olmur və bütün diqqətin səhiyyə sahəsində fövqəladə vəziyyət üzərində cəmlənməsi faktından cəngəlliklərin maneəsiz yandırılması üçün istifadə edirlər.

Meşələrin ağına-bozuna baxılmadan qırılması təqribən 60 milyon hektar təbii meşə sahəsi olan bu And dağları ölkəsində iqlim dəyişmələrinin başlıca səbəbidir. Ölkənin bir neçə regionunda meşəsizləşdirmə 2017-ci ildə xeyli artaraq, təqribən 220 000 hektarı əhatə edib. Lakin Kolumbiya hökuməti ekologiya sahəsində Almaniya, Böyük Britaniya və Norveçlə çox böyük əməkdaşlıq şəraitində ötən ilin sonunda Madrid İqlim Sammitində qarşısına bu halın 50 faizdən çox azaldılması (2025-ci il üçün 100 000 hektara qədər və ya 2022-ci il üçün 155 000 hektara qədər) üzrə daha ciddi məqsədlər qoyub. Almaniya, Norveç və Böyük Britaniya 2025-ci ilə qədər 360 milyon dollar həcmində investisiya ayırmaqla, Kolumbiyanı dəstəkləyəcəklər.

Ekspertlər meşələrin qırılmasını istər qanuni, istərsə də qeyri-qanuni yolların tikintisinin sürətləndirilməsi ilə bağlayırlar. Bu il Amazonun müxtəlif rayonlarında ümumi uzunluğu 280 kilometrdən çox olan magistral yollar açılıb.

Baş Prokurorluq aprelin sonunda Prezident İvan Dukeyə məktubla müraciət edərək, onu meşəsizləşdirmə əleyhinə tədbirlər görmək üçün fövqəladə ekoloji və iqlim vəziyyəti elan etməyə çağırıb. "Millətin rifahının və onun inkişafının fundamental dayağı olan meşələrimiz və onların biomüxtəlifliyi təxirəsalınmadan müdafiə olunmalıdır", - deyə məktubda bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: