İstanbulda havanın temperaturu son 109 ilin rekordunu yeniləyib

A- A A+

İstanbulda 1912-2019-cu illərin ilk dörd ayları ilə müqayisədə havanın temperaturu orta hesabla 1,2-3,2 dərəcə artıb. May ayında isə temperatur son 109 ilin rekordunu təzələyərək 31,4 dərəcəyədək yüksəlib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Hidrometeorologiya Agentliyindən bildirilib.

Mütəxəssislər tərəfindən bu, Türkiyə ərazisində Şimali Afrikadan gələn isti hava kütləsinin təsiri ilə izah edilir.

Xatırladaq ki, bu iki həftə ərzində ölkə ərazisində havanın temperaturunun 38 dərəcəyədək yüksəlməsi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: