Könüllülər Babək rayonunun kəndlərində tənha ahılları ziyarət edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllüləri bu dəfə Babək rayonunun Nehrəm, Vayxır və Şıxmahmud kəndlərində sosial xidmət göstərilən tənha ahılları evlərində ziyarət ediblər.
Könüllülər ahıllara göstərilən xidmətlərlə tanış olub, ahılların yaşayış sahələrində təmizlik və abadlıq işləri aparıblar.
Qeyd edək ki, bu ilin ölkəmizdə “Könüllülər ili” olması ilə əlaqədar olaraq muxtar respublika gəncləri də könüllülük hərəkatına məmnuniyyətlə qoşularaq fəallıq nümayiş etdirirlər.
Nurlan Sadiqov