Türkiyədə hazırlanan COVID-19-a qarşı peyvənd heyvanlar üzərində sınaqdan keçiriləcək. Sınaqlar sentyabr ayınadək davam edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli bildirib.
Qeyd edilib ki, peyvəndin hazırlanması ilə bağlı dünyada bir yarış keçirilir və bütün dünya xəstəliyin yox olması uğrunda birlikdə mübarizə aparır. Türkiyədə də bu istiqamətdə müxtəlif tədqiqatlar aparılır və nəticələr artıq görülməyə başlayıb.