AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımovun iştirakı ilə online iclas keçirilib. İclasda AMEA-nın bütün bölmələrinin Təhsil şöbələrinin rəhbərləri, o cümlədən AMEA Naxçıvan Bölməsi Elm və Təhsil şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova da iştirak edib.
NUHÇIXAN Informasiya Agentliyi xəbər verir ki, iclasda AMEA-da magistratura və doktorantura təhsilinin cari vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub.
Çıxışçılar müzakirələrlə bərabər iştirakçıları maraqlandıran sualları da cavablandırıb, təhsil işçilərinə gələcək fəaliyyətlərində yeni qəbul qaydaları ilə əlaqədar təklif və tövsiyələr veriblər.
İclasda elmi rəhbərlərlə bağlı müzakirə olunan məsələyə münasibət bildirən Leyla Səfərova bu mövzuda qarşıya çıxan problemin həlli istiqamətində AMEA Naxçıvan Bölməsinin təcrübələrini bölüşüb, şöbənin işi ilə əlaqədar suallarını müvafiq mütəxəssislərə ünvanlayıb.
37 nəfərin iştirak etdiyi iclas iki saat davam edib.