“Naxçıvan” Universitetində onlayn elmi-praktik konfrans - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində “Biznes mühiti və insan kapitalı” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.
Konfransda universitetin rektoru Nurlana Əliyeva çıxış etdikdən sonra “İnsan kapitalına yatırılan investisiyaların üstünlükləri”, “Uğurlu biznes ideyasının seçilməsi”, “İnsan kapitalı və biznes” mövzularda çıxışlar dinlənilib.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.
Adilə Səfərova