“Naxçıvan” Universiteti beynəlxalq təlimə qatılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Bakı Biznes Universitetinin koordinatoru olduğu  EQAS (Education Quality Assurance Center ) – Erasmus Plus layihəsinin növbəti iclası Bakı şəhərində təşkil edilib. Treninqdə “Naxçıvan” Universitetinin bir qrup müəllimi də iştirak edir.  Naxçıvanın ali təhsil ocağını bu tədbirə  Beynəlxalq əlaqələr şöbəsinin müdiri  Rəcəb Cəfərli, Tədris şöbəsinin müdiri Anar Abuzərli, “Xarici dillər” kafedrasının müdiri Anara Nəsirli və “Xarici dillər” kafedrasının müəllimi Könül Babayeva təmsil edirlər. Treninqlərin keçirilməsində əsas məqsəd universitetlərdə təhsilin keyfiyyətinə nəzarət mərkəzlərinin daha da yaxşılaşdırılması üçün Avropalı tərəfdaşların tətbiq etdiyi  yeni standartları öyrənməkdir. İclasın ilk günündə Litvanın EKT akkreditasiya şirkətinin mütəxəssisləri Alvides Punis və Alis Leikurcius layihə haqqında təlim iştirakçılarına ətraflı məlumat verib. Daha sonra tərəfdaş universitetlər arasında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, iyunun 24 də başlanan təlim 28-nə qədər davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: